Rent a car idarəetmə sistemi: bütün icarə prosesi bir paneldə
Rezervasiya təqvimi, avtomatik müqavilə, depozit, ödəniş, avtopark və maliyyə hesabatlarını AvtoiCare ilə vahid sistemdə idarə edin.
Rent a car idarəetmə sistemi nədir?
Rent a car idarəetmə sistemi müraciət, rezervasiya, müqavilə, depozit, ödəniş, avtomobilin qaytarılması və maliyyə hesabatlarını vahid iş prosesində birləşdirən proqramdır.
Daha az itən müraciət
Sayt, WhatsApp və Instagram-dan gələn hər müraciət qeyd olunur və status alır.
Avtomatik PDF müqavilə
Pasport, sürücülük vəsiqəsi, depozit və avtomobil məlumatları avtomatik PDF-ə düşür.
Pul nəzarəti
Depozit, cərimə, borc, xərc və mənfəət hər avtomobil üzrə görünür.
AvtoiCare Azərbaycan bazarındakı avtomobil icarəsi şirkətləri üçün hazırlanıb və bütün icarə dövrünü bir CRM-də birləşdirir. Bütün funksiyalara baxın Rent a car proqramı haqqında Excel ilə müqayisə edin
Qərar verməzdən əvvəl CRM-i görün
Avtopark təqvimi, müqavilələr, depozitlər və hesabatları real ssenaridə görmək üçün 15 dəqiqə kifayətdir.
Əvvəlcə itki nöqtələrini tapaq
15 dəqiqəlik pulsuz audit müraciət, depozit və mənfəətin harada itdiyini göstərəcək.
Audit alRent a car biznesi üçün lazım olan hər şey
Excel cədvəllərinə, kağız müqavilələrə, itən depozitlərə son. AvtoiCare bütün prosesi avtomatlaşdırır.
Onlayn rezervasiya
Saytdan və ya zəng vasitəsilə gələn rezervasiyalar avtomatik sistemə düşür. Tarix toqquşması yoxdur.
Avtomatik müqavilə
Müştəri və avtomobil seçirsiniz — müqavilə bir kliklə hazırlanır, çap olunur və imza üçün göndərilir.
Götürmə-qaytarma protokolu
Yanacaq səviyyəsi, kilometraj, zədələr — hər şey foto ilə qeyd olunur. Mübahisəyə yer qalmır.
Depozit izləmə
Hər müştərinin depoziti, qaytarma vaxtı və kəsiləcək məbləğlər bir ekranda görünür.
Avtomobil təqvimi
Hər avtomobilin nə vaxt boş, nə vaxt icarədə olduğu vizual təqvimdə aydın görünür.
Hesabatlar
Gəlir, xərc, ən gəlirli avtomobil, ən aktiv müştəri — bütün məlumatlar real vaxtda.
Müştəri bazası
Hər müştərinin tarixi, sənədləri və icarə statistikası bir profildə saxlanılır.
Sığorta xəbərdarlığı
Sığorta, texniki baxış, kasko bitmədən əvvəl sistem sizə xəbərdarlıq edir.
Sizi maraqlandıran cavablar
3 gün pulsuz sınayın — bank kartı tələb olunmur
Komandamız sistemi sizin biznes prosesinə uyğunlaşdıracaq.
Pulsuz demo al